Krit adasında magnitudası 6.1 olan zəlzələ baş verib

13:06, 22.05.2025

 

Krit adasında magnitudası 6.1 olan zəlzələ baş verib.

Bu barədə “Euronews” xəbər verir.

Yeraltı təkanlar yerli vaxtla saat 06:19-da Herakliondan 56 kilometr uzaqlıqda qeydə alınıb.

Təkanlar xüsusilə Ege adalarında hiss olunub.

Yunanıstanın Yanğınsöndürmə Xidmətində bildiriblər ki, təhlükəsizlik tədbirləri gücləndirilib, lakin dağıntı və yaralananlar barədə məlumat yayılmır.

Oxşar