Krit adasında genişmiqyaslı yanğınla mübarizə aparırlar
Krit adasında genişmiqyaslı yanğınla mübarizə aparırlar

 

Yunanıstanın Krit adasında genişmiqyaslı yanğınla mübarizə aparırlar. Güclü külək nəticəsində yanğın sürətlə yayılıb və yaşayış məntəqələri, turistlərin yaşayış yerləri və mühüm infrastruktur üçün təhlükə yaradır.

Yanğının söndürülməsi işlərində 155 yanğınsöndürən, səkkiz ixtisaslaşmış piyada qrup və 38 yanğınsöndürən maşın işləyir, həmçinin helikopter də cəlb olunub.

Yanğın nəticəsində yayılan qalın tüstü bəzi ərazilərdə görmə məsafəsini demək olar ki, sıfıra endirib.

Polis Aqia Fotia yaşayış məntəqəsinə yaxın yerləşən əsas yolu bağlayıb və sakinləri və turistləri təhlükəli hava keyfiyyəti, ekstremal istilər və kül səbəbindən əgər zəruri deyilsə, səfərlərdən çəkinməyə çağırıb. Tüstünün səbəb olduğu tənəffüs problemləri ilə dörd nəfər artıq xəstəxanaya yerləşdirilib.

Hazırda yaxınlıqda yerləşən yaşayış məntəqələri və turistik zonalardan təxminən 1500 nəfər təxliyyə edilib.