Kristin Laqard Gürcüstana səfəri zamanı Salome Zurabişvili və Mamuka Baxtadze ilə görüşəcək
Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard 16-21 mayda Qazaxıstan, Özbəkistan və Gürcüstana səfər edəcək.
Kristin Laqardın köməkçisi, Mark Hortonun bəyan etdiyinə görə, Tbilisidə ölkənin yüksək vəzifəli şəxsləri ilə, o cümlədən prezident Salome Zurabişvili və baş nazir Mamuka Baxtadze ilə görüşləri planlaşdırılıbdır.
Mark Hortonun qeyd etdiyinə görə, müzakirə mövzularından biri infrastrukturun inkişafıdır.
Beynəlxalq Valyuta Fondunun rəhbəri Gürcüstana ilk dəfə səfər edir.