Kristian Danielson Gürcüstan prezidenti, Salome Zurabişvili ilə görüşdü
Avropa Şurası prezidenti, Şarl Mişelin şəxsi nümayəndəsi, Kristian Danielson Gürcüstan prezidenti, Salome Zurabişvili ilə görüşdü.
Orbelianilər Sarayını Danielson şərhsiz tərk etdi.
Avropa Şurası prezidenti, Şarl Mişelin şəxsi nümayəndəsi, Kristian Danielson Gürcüstana 12 martda gəldi. Danielson iki gün ərzində necə müxalifət, eləcə də hakimiyyət nümayəndələri ilə görüşürdü. Danielson Gürcüstanı bu gün tərk etməli idi, lakin bəyan etdi ki, Tbilisidə qalır və danışıqlar prosesini davam etdirəcək. Bu gün səhərdən o, görüşlərini müxalifət nümayəndələri ilə davam etdirdi.