Krımda bir neçə partlayış baş verib
Krımda bir neçə partlayış baş verib

 

Mayın 16-da gecə və səhər Krımda bir neçə partlayış baş verib.

Ukrayna mediasının məlumatına əsasən, Rusiya işğalçı qüvvələrinin mühüm hərbi obyektlərinə hücum edilib.

Saat 06:15-də Sevastopol şəhərində güclü partlayışın baş verməsi haqda məlumat yayılıb. Rusiyanın hava hücumundan müdafiə sistemi Naximov adına Sevastopolun Hərbi Dəniz Məktəbinin ərazisindən fəaliyyət göstərirdi.

Həmçinin, Belbek və Kaça aerodromları yaxınlığında partlayışlar olub.

Bundan başqa, Rusiyanın Qara Dəniz Donanmasının 126-cı Əlahiddə Sahil Müdafiəsi Briqadasının yerləşdiyi Perevalnoedə partlayışlar baş verib. Məlumat yayılır ki, Perevalnoedə silah-sursat anbarı yanır və partlayır.