Krım Körpüsündə yanğın var

10:19, 08.10.2022

İşğal olunmuş Krımı Rusiya ilə birləşdirən Krım Körpüsündə yanğın var. Bu barədə “BBC”-nin rusdilli xidməti məlumat yayır. Nəşrin yazdığı kimi, yük qatarına bərkidilmiş yanacaq çəni yanır.

Hadisə şahidlərinin sosial şəbəkələrdə yaydıqları bir sıra videolarda dəmir yolu xəttinin və avtomobil yolunun da zədələndiyi görünür. Baş verənlərin səbəbi hələlik məlum deyil. Məlumat yayılır ki, körpüdə hərəkər dayandırılmışdı.

Rusiyanın aneksiya etdiyi yarımadanın dəmir yolunun mətbuat xidmətində bəyan edirlər ki, hazırda qatar Kerç stansiyasından çıxarılıb və qəza işləri aparılır.

Krım Körpüsü Vladimir Putinin göstərişi ilə tikildi və 2018-ci ildə açıldı. Rusiya bu körpüdən Ukraynanın cənubundakı hərbi hissələri təchiz etmək üçün istifadə edir.

Oxşar