Kremlin məlumatına görə, Vladimir Putin və Nikol Paşinyan Rusiya, Azərbaycan və Ermənistan arasında əməkdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər
Vladimir Putin və Nikol Paşinyan Rusiya, Azərbaycan və Ermənistan arasında əməkdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Bu barədə Rusiya prezidentinin administrasiyası məlumat yayıb.
Kremlin məlumatına görə, Rusiya prezidenti Ermənistanın baş nazirinin bu ilin ikinci yarısında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində İrəvana səfər etmək dəvətini qəbul edib.
“Tərəflər Azərbaycan və Ermənistan və bütövlükdə region arasında münasibətlərin normallaşmasına kömək etmək üçün Ermənistan, Rusiya və Azərbaycan arasında üçtərəfli əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəliblər”, – Kremlin bəyanatında deyilir.
Eyni zamanda, Putin və Paşinyanın Avrasiya İqtisadi İttifaqına inteqrasiyanın inkişafını, o cümlədən milli valyuta ilə ödənişlərin payının artırılmasını dəstəklədikləri bildirilir.
Eyni zamanda, Ermənistan hökumətinin mətbuat xidməti Ermənistan və Rusiya arasında enerji sahəsində əməkdaşlıq proqramı imzaladığı barədə məlumat yayıb.