Kremldə Rusiyanın sülh razılaşmasına nail olmaq üçün Amerika Birləşmiş Ştatları ilə işləməyə davam etdiyini bildirirlər
Rusiya Amerika tərəfi ilə işləməyə davam edir, biz sülhə nail olmağa yönəlmiş səyləri davam etdirməyə fokuslanmışıq – bu barədə Kremlin mətbuat katibi Dimitri Peskov bildirib.
“Biz və prezident Putin ölkəmizin maraqlarını təmin etməklə sülhə nail olunmasının tərəfdarıyıq. Bu, məcburi şərtdir. Bu iş davam edir” – Peskov qeyd edib.
Kremlin mətbuat katibi Rusiyanın Kiyev istiqamətində hücum həyata keçirməsi faktını da təkzib edib.
“Xeyr, bu yalandır. Ukrayna tərəfi təbliğatı davam etdirir. Hərbçilərimiz Ali Baş Komandanın onların qarşısına qoyduğu tapşırıqları yerinə yetirməyə davam edirlər, “xüsusi hərbi əməliyyatı” davam etdirirlər və bu çərçivədə hərbi obyektlərə zərbələr endirirlər” – Peskov əlavə edib.
Bununla yanaşı, Dimitri Peskov bildirib ki, Amerika Prezidentinin Ukraynanın Krımı çoxdan itirməsi ilə bağlı bəyanatı onların düşüncəsi ilə üst-üstə düşür.