Kremldə Rusiya və Amerika Birləşmiş Ştatlarının ekspertləri arasında məsləhətləşmələrin martın 24-də Ər-Riyadda keçiriləcəyini bildirirlər

18:57, 20.03.2025

 
Rusiya Federasiyası və Amerika Birləşmiş Ştatlarının ekspertləri arasında məsləhətləşmələr martın 24-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək – bu haqda Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

“Biz cənab Uolts ilə razılaşdıq ki, ikitərəfli formatda məsləhətləşmələr prezidentlər tərəfindən təyin olunan ekspertlər tərəfindən aparılacaq. Bu məsləhətləşmələr martın 24-də Ər-Riyadda keçiriləcək” – Yuri Uşkov qeyd edib.

Həmçinin, Rusiya Prezidentinin köməkçisi qeyd edib ki, onun ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Uoltsla müntəzəm telefon əlaqəsi var və bu, hər iki tərəf üçün faydalıdır.

Oxşar