Kremldə Moskva və Vaşinqtonun bütün parametrlər üzrə dialoqu bərpa etmək barədə razılığa gəldiyini bildirirlər

15:30, 20.02.2025

 

Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov Moskva və Vaşinqtonun bütün parametrlər üzrə dialoqu bərpa etmək barədə razılığa gəldiyini bildirib.

Peskovun dediyi kimi, Kremldə Rusiya ilə Amerika arasında məhbus mübadiləsində yeni mərhələni istisna etmirlər.

“Bütün parametrlərlə Rusiya-Amerika dialoqunun başlanması barədə qərar qəbul edilib. Kremldə Rusiya ilə Amerika arasında məhbus mübadiləsində yeni mərhələni istisna etmirlər” – Dimitri Peskov bildirib.

Oxşar