Kremldə Donald Trampın Vladimer Putinlə bağlı sözlərinin “emosional yorğunluğun” nəticəsi ola biləcəyini bildirirlər
Kremldə bildirirlər ki, ABŞ Prezidenti Donald Trampın Vladimer Putinin “tamamilə ağlını itirib” sözləri ola bilsin emosional yorğunluğun nəticəsi olsun.
Kremlin mətbuat katibi sülh danışıqlarının başlanmasına kömək etdiyinə görə Amerikanın liderinə təşəkkür etdiyini deyir.
“Biz amerikalılara və şəxsən prezident Trampa bu danışıqlar prosesinin təşkilinə və başlanmasına kömək etdikləri üçün həqiqətən minnətdarıq. Bu, çox vacib bir nailiyyətdir. Eyni zamanda, əlbəttə ki, bu, hər kəsin tam emosional yorğunluq və emosional reaksiyaları ilə əlaqəli olan olduqca həlledici andır. Biz bunu çox diqqətlə izləyirik” – Kremlin mətbuat katibi Dimitri Peskov Putinlə bağlı Tramp tərəfindən verilmiş bəyanat ilə əlaqədar sualı cavablandırarkən deyib.
Məlumat üçün bildirək ki, ABŞ Prezidenti Donald Tramp Moskva tərəfindən Ukraynaya ən böyük miqyaslı hava hücumundan sonra “Vladimer Putindən narazı olduğunu” bildirib. “O, çox sayda insan öldürür və mən ona nə olduğunu bilmirəm. Mən onu çoxdan tanıyıram. Onunla hər zaman yaxşı anlaşırdım, lakin o, şəhərlərə raketlər atır, insanları öldürür və bu ümumiyyətlə xoşuma gəlmir. O, tamamilə ağlını itirib. Səbəbsiz yerə bir çox insanı öldürür və mən yalnız əsgərlərdən bəhs etmirəm” – Tramp bildirib.