Kreml - Vladimer Putin və Rəcəb Tayyib Ərdoğan İsrail tərəfindən İrana qarşı güc tətbiqini pisləyiblər və hərbi əməliyyatların dərhal dayandırılmasını tələb ediblər
Rusiya Prezidenti Vladimer Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail tərəfindən İrana qarşı güc tətbiqini pisləyiblər və hərbi əməliyyatların dərhal dayandırılmasını tələb ediblər – bu barədə Kremlin bəyanatında qeyd olunub.
Kremlin məlumatına əsasən, Vladimer Putin və Rəcəb Tayyib Ərdoğan qeyd olunan məsələni telefon danışığı zamanı müzakirə ediblər.
“Hər iki tərəf artıq çox sayda qurbanlara səbəb olan və həmçinin bütün region üçün ciddi uzunmüddətli nəticələrlə dolu olan İran-İsrail münaqişəsinin cari eskalasiyasına görə ciddi narahatlığını ifadə edib” – Kremlin bəyanatında deyilir.
Bununla yanaşı, Kremldə izah edirlər ki, liderlər hərbi əməliyyatların dərhal dayandırılmasını və mübahisəli məsələlərin, o cümlədən İranın nüvə proqramı ilə bağlı məsələlərin həllini dəstəkləyirlər. Kremlin bəyanatında tərəflərin sıx əməkdaşlığı qoruyub saxlamaq barədə də razılığa gəldiyi qeyd olunub.