Kreml Trampla Putinin telefon danışığı haqda məlumatı təkzib edib

14:51, 11.11.2024

 
Kreml ABŞ-ın seçilmiş prezidenti Donald Trampla Rusiyanın Prezidenti Vladimer Putinin telefon danışığı haqda məlumatı təkzib edib.

Kremlin bəyanatına əsasən, Putin hələlik Trampla danışmağı planlaşdırmır.

“Bu, tamamilə həqiqətə uyğun deyil. Bu uydurulmuş hekayədir, bu yalan məlumatdır. Heç bir söhbət baş tutmayıb. Bu, indi, hətta bəzən kifayət qədər yaxşı nüfuza malik nəşrlərdə dərc olunan məlumatların keyfiyyətinin əyani nümunəsidir” – Kremlin mətbuat katibi Dimitri Peskov qeyd edib.

Vladimer Putinin Trampla danışmağı planlaşdırıb-planlaşdırmaması ilə bağlı suala, Peskov “hələlik konkret plan yoxdur” cavabını verib.

Məlumat üçün bildirək ki, “Washington Post” naməlum mənbələrə istinadən məlumat yayıb ki, Donald Trampla Vladimer Putin arasında telefon danışığı baş tutub və Tramp Putini Ukraynada müharibənin eskalasiyasından çəkinməyə çağırıb. Oxşar məzmunlu məlumatı “Reuters” xəbər agentliyi də yayıb.

Oxşar