Kreml Aleksey Navalnını ABŞ Mərkəzi Kəşfiyyat Agentliyi ilə əməkdaşlıqda təqsdirləndirir
Kreml müxalifətçi, Aleksey Navalnını ABŞ Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) ilə əməkdaşlıqda təqsdirləndirir. Müvafiq bəyanatı Kremlin mətbuat katibi, Dimitri Peskov verdi. Məlumatı “Reuters” agentliyi yayır.
“O, qərbi kəşfiyyat ilə işləyir. Daha dəqiqləşdirərək, deyə bilərəm ki, hazırda onunla Amerika Mərkəzi Kəşfiyyat Agentliyi əməkdaşları işləyirlər”, – Dimitri Peskov bəyan etdi.
Peskovun bu bəyanatına Aleksey Navalnının özü əks səda verdi. Müxalifətçi bəyan edir ki, bu bəyanata görə, Dimitri Peskovu şikayət edəcək. Navalnı dəlillərin təqdim edilməsini tələb edir.
Xatırladaq ki, Aleksey Navalnı Almaniya nəşri ilə müsahibəsi zamanı, onun zəhərləndirilməsində Rusiya prezidenti, Vladimir Putini təqsirləndirdi.