Kreml ABŞ və İranı gərginlikdən çəkinməyə çağırır - "İranla dialoqun zəruri olduğuna inanırıq"
Kreml ABŞ və İranı gərginlikdən çəkinməyə çağırır.
Kremlin mətbuat katibi Dimitri Peskov bu haqda Donald Trampın Vaşinqtonun İrana qarşı daha bir genişmiqyaslı hücumu dəstəkləyəcəyini söyləməsindən sonra danışıb.
“İnanırıq ki, regionda gərginliyi artıra biləcək istənilən addımdan çəkinmək lazımdır. İnanırıq ki, ilk növbədə İranla dialoq vacibdir” – Peskov jurnalistlərə deyib.
O, Rusiyanın İranla sıx əlaqələr qurmağa davam edəcəyini bildirib.
Məlumat üçün bildirək ki, Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə birlikdə bazar ertəsi günü bildirib ki, Tehran iyunda ABŞ tərəfindən endirilmiş zərbədən sonra silah proqramlarını bərpa etmək üçün çalışa bilər. Rəsmi Tehran nüvə silahı proqramına malik olduğunu inkar edir.