Kredit istifadəçilərinə, icarəyə götürdükləri əşyadan başqa digər mülkün tələbi məhdudlaşdırılacaq - həddindən artıq borcların azaldılmasının beç prinsipi

Gürcüstanın maliyyə naziri Mamuka Baxtadze, dövlətin bu günki iclasında həddindən artıq borcların azaldılması ilə əlaqədar, beş əsas istiqaməti nəzərdə tutan  qanunvericilik dəyişiklik paketini təqdim etdi. 

İclasın bitməsindən sonra Mamuka Baxtadzenin bildirdiyinə əsasən,  qanunvericilik təşəbbüsləri beş prinsipə əsaslanır.

“Gürcüstan əhalisinə söz verdik ki, bank-maliyyə sektorunda yeni və ədalətli oyun qaydaları tətbiq edəcəyik. Bu gün sizə, təşəbbüsümüzün əsaslandığı  beş əsas prinsipi təqdim edirik:

Bütün kredit istifadəçilərinə, icarəyə götürülmüş əşyadan başqa digər mülkün tələbi hüququ olmayacaq;

Lombard və özəl kreditverənlərə avtomobil və daşınmaz mülkün icarəyə verilməsi məhdudlaşdırılıb;

Effektli faiz hissəsinin maksimal sərhədi  bu gün mövcud 100 faizdən iki dəfə az olan 50 faiz olaraq tətbiq olunacaq”, – Mamuka Baxtadze bəyan etdi.

Bununla yanaşı, onun dediklərinə əsasən, “bu gün mövcud laqeyd və ədalətsiz cərimələrin yazılması ssitemi” ləğv olunacaq və bütün kredit istifadəçiləri üçün , cəriməni kreditin ümumi miqdarından hesablanması məhdudlaşdırılacaq.

“Bütün önəmli prinsipi isə ondan ibarətdir ki, qeyd olunan oyunun qaydaları bütün maliyyə sektorlarına aid olacaq. Burada, banklar, mikro-maliyyə təşkilatları, lombard və özəl kreditverənlər, ümumiyyətlə maliyyə işi ilə məşğul olan hər kəs nəzərdə tutulut”, – Babuka Baxtadze bildirdi.

Onun qiymətləndirilməsi ilə, qeyd olunmuş təşəbbüs, maliyyə sektoruna maksimal şəffaflığın daxil edilməsini nəzərdə tutur.

Maliyyə nazirinin dediyinə əsasən, lombardlara müəyyən vaxt veriləcək ki, iş prosesini yaxşılaşdırsınlar, inkişaf etdirsinlər və icarəyə götürülmüş bütün əşyaların qeyd olunduğu bir proqram yaratsınlar ki, kriminal hallarının ehtimalı azalsın.

Bununla, Mamuka Baxtadzenin bəyanatı ilə, qeyd olunmuş təşəbbüsə qarşı yüksək maraqların nəzərə alınması ilə mayın 29 təqdimat etməyi planlayır. Təqdimatda, qeyd olunmuş prinsiplər haqqında detallı şəkildə danışacaq.