Kral Üçüncü Çarlz Mixeil Ğavelaşvilini Gürcüstanın Müstəqillik Günü münasibətilə təbrik edir – "Millətlərimiz arasındakı uzunmüddətli dostluqla qürur duyur, gələn il üçün ən xoş arzularımı çatdırıram"
Böyük Britaniyanın Kralı Üçüncü Çarlz Gürcüstan Prezidenti Mixeil Ğavelaşvilini Gürcüstanın Müstəqillik Günü münasibətilə təbrik edir.
“Mən və həyat yoldaşım gürcü xalqını Gürcüstanın Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirik. İki millət arasında mövcud uzunmüddətli dostluqla olduqca qürur duyuram. Mən və həyat yoldaşım gürcü xalqına gələn il üçün səmimi və ən xoş arzularımızı çatdırmaq istəyirik” – təbrik məktubunda qeyd olunub.