Kovid-requlasiyalardan sonra, Bakıdan Batumiyə bu gün ilk aviareys həyata keçirldi
Kovid-requlasiyalardan sonra, Bakıdan Batumiyə bu gün ilk aviareys həyata keçirldi. Batumi Beynəlxalq Aeroportuna Azərbaycandan 100-ə qədər sərnişin endi.
Acara Turizm Departamentindən verilən məlumata görə, “Azərbaycan Hava Yolları” aviaşirkəti yay aylarında iyunun sonunadək həftədə iki dəfə, iyul ayından isə, üç dəfə uçuşlar həyata keçirəcək.
Azərbaycanlı turistləri Batumi Beynəlxalq Aeroportunda Acara Turizm Departamentinin rəhbəri və Azərbaycanın konsulu qarşıladılar.
Acara Turizm Departamentin məlumatına görə, cari ildə, Batumi Beynəlxalq Aeroportuna uçuşların artan dinamikası var. Mövcud məlumatlara əsasən, Batumiyə uçuşları beş yeni aviaşirkət başladı: Airbaltic, Flydeal, Jordan Aviation, Aseman və Uzbekistan Airways. O cümlədən Airbaltic və Özbəkistan Hava Yolları bu il ilk dəfə olaraq Riqa və Daşkənddən uçuşlar həyata keçirdi.
İdarənin məlumatına görə, iyunda Batumi istiqamətində 12 ölkədən 300-ə qədər aviareys planlaşdırılır.