Kote İoseliani ifadə verməsi üçün Daxili İşlər Nazirliyinə çağırılıb
Kote İoseliani ifadə verməsi üçün Daxili İşlər Nazirliyinə çağırılıb.
Bu barədə məlumatı Gürcüstanın Birinci Kanalına Daxili İşlər Nazirliyindən təsdiqləyiblər.
Kote İoseliani dünən sosial şəbəkədə video dərc edib və videoda “Gürcü Arzusu”nun təsisçisi Bidzina İvanişvilinin övladı Uta İvanişvilidən üzr istəyir. Daha sonra Tina Bokuçava həyat yoldaşı Kote İoselianinin qaçırıldığını, ona təzyiq edildiyini və bundan sonra Uta İvanişvilidən üzr istədiyini əks etdirən videonu çəkdiyini deyib.