Kosovonın parlament seçkilərində ilkin nəticələrə görə, baş nazir Albin Kurtinin hakim partiyası liderlik edir
Kosovonın parlament seçkilərində ilkin nəticələrə görə, baş nazir Albin Kurtinin hakim partiyası “Öz müqəddəratını təyinetmə hərəkatı” 41% səslə liderdir. 21,8 faizlə “Kosovonun Demokratik Partiyası” ikinci yerdədir. Üçüncü yerdə 17,75 faizlə “Kosovonun Demokratik Liqası” qərarlaşıb, “Kosovonun Gələcəyi Naminə Alyans”ı 7,68 faiz səs toplayıb.
Bu nəticələrə əsasən, Albin Kurti 120 yerlik parlamentdə çoxluq üçün kifayət qədər mandata sahib deyil və koalisiya qurmalı olacaq.