Kosovanın baş nazirində koronavirus təsdiq olundu

09:59, 03.08.2020

Kosovanın baş naziri, Avdulah Xotidə koronavirus təsdiq olundu. “Reutersin” məlumatına görə, Hoti iki həftə ərzində izolasiya rejimində işləyəcək.

“Mənim başqa simptomlarım yoxdur, sadəcə olaraq yüngül öskürək narahat edir”, – Xoti öz feysbuk səhifəsində dərc etdirdiyi bəyanatında qeyd edir.

Ölkədə pandemiyanın başlamasından bu günə qədər koronavirusun 9 minə qədər halı qeydə alınıb, 249 insan vəfat edib.

Oxşar