Korrupsiya skandall ilə bağlı istintaq çərçivəsində, İtaliya polisi Avropa Parlamentinin deputatı, Andrea Kosolinonu yaxaladı

12:34, 12.02.2023

Korrupsiya skandalı çərçivəsində daha bir Avropa Parlamenti deputatı həbs edildi. İtaliya polisi Avropa Parlamentinin deputatı, Andrea Kosolinonu yaxaladı. Məlumatı “Politico” nəşri yayır.

Vəkilin bəyanatına görə, Avropa Parlamentinin deputatı müayinələrdən keçdiyi xəstəxanada saxlanıldı, indi o, evdə ev dustaqlığındadır. Məlum olduğu kimi, yaxalama orderini Belçika polisi verdi.

Xatırladaq ki, dünən eyni iş şərçivəsində Belçikalı deputat, Mark Tarabelanı yaxaladılar.

Belçika tərəfi deputatın ekstradisiyasını tələb edir. Bu məsələni Məhkəmə 14 fevralda müzakirə edəcək.

Oxşar