Korpus xarabalıqları altından daha iki nəfərin cansız bədənini çıxardılar

Batumidə xilasedicilər binanın dağıntıları altından daha iki nəfərin cansız bədənini çıxarıblar. Onlardan biri azyaşlıdır.

Bu barədə məlumatı Gürcüstanın Birinci Kanalına Fövqəladə Hallar İdarəsi təsdiqləyib.

Batumidə axtarış və xilasetmə işləri davam edir. Əldə olan məlumata görə, xarabalıqlarda bir nəfər axtarılır.

Batumidə yaşayış binasının çökməsi nəticəsində 8 nəfər həlak oldu. Xilasedicilər tərəfindən yeddi cəsəd dağıntılar altından çıxarılıb. Dünən axşam saatlarında dağıntılar altından xilas edilən daha bir vətəndaş bu gün səhər saatlarında klinikada dünyasını dəyişib.

Həkimlərin dediyinə görə, bu mərhələdə dağıntılar altından xilas edilən 36 yaşlı bir kişi klinikada qalır.

Batumidə yaşayış binasının sökülməsi ilə bağlı aparılan araşdırma çərçivəsində Daxili İşlər Nazirliyi 3 nəfəri saxlayıb. Saxlanılanlardan biri birinci mərtəbədə yerləşən mənzilin sahibidir.

Baş nazirin qərarına əsasən, 11 sentyabr Gürcüstanda matəm günü elan edilib.