Batumidə koronavirusun iki yeni halı aşkar edildi. Acara İctimai Sağlamlıq Mərkəzinin məlumatına görə, virusa yoluxanlardan biri xarici ölkə vətəndaşıdır və beynəlxalq yükdaşımalar sürücüsüdür. İkinci isə, Gürcüstan vətəndaşıdır və Batumidə dünən təsdiq olunan halın kontaktıdır.
Hər ikisi Batumi Respublika Xəstəxanasına yerləşdirilib. Hazırda xəstəxanada virusa yoluxan 32 pasiyent qalır.
Gürcüstanda bu gün koronavirusa yoluxmanın altı yeni halı aşkar edildi.