Koronavirusun yeni hallarından dördü "Aversi" klinikasının əməkdaşıdır, 23 hal Acarada və beş hal Tbilisidə geniş miqyaslı toy ilə əlaqədardır
Koronavirusun yeni hallarından dördü "Aversi" klinikasının əməkdaşıdır, 23 hal Acarada və beş hal Tbilisidə geniş miqyaslı toy ilə əlaqədardır

Tbilisi İnfeksiya Xəstəxanasının tibbi direktoru, Marina Ezuqbaiyanın bəyan etdiyinə görə, Gürcüstanda koronavirusun aşkar edilən 45 yeni halından 23-ü Acara ilə bağlıdır.

Elə onun dediyinə görə, 19-u təsdiq olunmuş hallarla kontaktdır,  dördü “Aversi” klinikasının əməkdaşıdır. Ezuqbaiya deyir ki, üç halın mənbəsi bu mərhələdə məlum deyil və epidemioloji araşdırma aparılır.

“Dünən 1 684 hal var idi, 45 yeni hal artdı və 1 729 oldu. 45-dən üçü “Dona” klasterindəndir, 19-u təsdiq olunmuş hallarla kontaktdır,  dördü “Aversi” klinikasının əməkdaşıdır, dördü xaricdən daxil ediləndir və buradan biri yük avtomobilinin sürücüsüdür. 12-nin Racaya səyahəti tarixi var, üç halın mənbəsi bu mərhələdə məlum deyil və epidemioloji araşdırma aparılır. 45 yeni haldan 23-ü Acara ilə bağlıdır. 45-dən beş qrup halımız var və bu Tbilisidə geniş miqyaslı toy ilə əlaqədardır”, – Ezuqbaiya bəyan etdi.

Elə onun açıqlamasına görə, sağalananların sayı altı ilə artdı və sağalma faizi 76.4-ü təşkil edir.