Koronavirusun yeni hallarından dördü Acarada qeydə alındı
Koronavirusun yeni hallarından dördü Acarada qeydə alındı

Gürcüstanda koronavirusun bu gün təsdiq olunan yeni hallarından dördü Acarada qeydə alındı.

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, buradan üçü xaricdən daxil ediləndir və onlar karantində idilər, biri isə, Kobuletidə son qeydə alınan halın kontaktıdır.

Virusa yoluxan hər dörd pasiyent Batumi Respublika Xəstəxanasına yerləşdirilib. Hazırda xəstəxanada virusa yoluxan 30 pasiyent müalicə olunur.