Tbilisi İnfeksiya Xəstəxanasının tibbi direktoru, Marina Ezuqbaiyanın bəyan etdiyinə görə, koronavirusun yeni hallarından biri onların mərkəzinə yerləşdirilib.
Elə onun dediyinə görə, yoluxmanımn mənbəyi Amerika ilə bağlıdır.
“Yeddi yeni haldan biri klinikamıza yerləşdirilib. Mənbə Amerikadır. Mərkəzimizdə 195-dən 69 pasiyent təsdiq olunmuşdur. 29 pasiyent müalicə olunaraq evinə buraxılıb. Hazırda virusa yoluxan 39 pasiyent müalicə olunur”, – Ezuqbaiya bəyan etdi.