Koronavirusun yeni hallarından beşi xaricdən daxil ediləndir, ikisi Lenceri, ikisi təsdiq olunmuş hal ilə konkaktla bağlıdır, birinin mənbəyi isə, hələlik naməlumdur
Tbilisi İnfeksiya Xəstəxanasının tibbi direktoru, Marina Ezuqbaiyanın bəyan etdiyinə görə, koronavirusun on yeni halından beşi xaricdən daxil ediləndir, ikisi Lenceri ilə bağlıdır.
Ezuqbaiyanın dediyinə görə, daha iki təsdiq olunmuş hal kontakta məxsusdur, bir hal üzrə mənbənin müəyyən edilməsi məqsədi ilə epid-tədqiqat aparılır.
Elə onun məlumatına görə, koronavirusdan sağalanların sayı yoluxanların 80 faizini təşkil edir. Kovid-mərkəzlərdə müalicəsini 267 pasiyent davam etdirir.