Koronavirusun yeni hallarından 61 halı Quriyada qeydə alındı
Koronavirusun yeni hallarından 61 halı Quriyada qeydə alındı

Gürcüstanda bu gün aşkar edilən koronavirusun 3 117 yeni halından 61 halı Quriyada qeydə alındı. Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin Quriya bölməsinin məlumatına görə, virusa yoluxanlar arasında uşaqlar da var.

“Epid-araşdırma və kontakların müəyyənləşdirilməsi aparılır. Şübhəli pasiyentlərin “PCR” testləşdirilməsi davam edir. Onların sayının artması mümkündür. Nümunələrin bir hissəsinin yoxlanılması Quriyada baş verir, bir hissəsini isə, Batumi Laboratoriyasına göndəririk”, – Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin Quriya şöbəsində bəyan edirlər