İmeretidə koronavirusun 26 yeni halı qeydə alındı. Laboratoriyada yoxlanılan 832 nümunədən koronavirus 26 şəxsdə aşkar edildi.
İmereti qubernatoru, Zviad Şalamberidzenin məlumatına görə, yeni hallar qızıl birjası klasteri və Sairme kurortu ilə əlaqədardır.
Bununla yanaşı, Şalamberidzenin bəyan etdiyinə görə, Sairmedə mehmanxanada koronavirus hallarına görə, əməkdaşlar və istirahətçilər Sğaltubo karantin məkanına aparılıblar.