Koronavirusun yeni hallarından 207 Acarada, 168 Tbilisidə, 117 hal isə, İmeretidə qeydə alındı
Koronavirusun yeni hallarından 207 Acarada, 168 Tbilisidə, 117 hal isə, İmeretidə qeydə alındı

Tbilisi İnfeksiya Xəstəxanasının bokslaşdırılmış şöbəsinin rəhbəri, Marina Endeladzenin bəyan etdiyinə görə, Gürcüstanda aşkar edilən koronavirusun yeni hallarından 207 Acarada, 168 Tbilisidə, 117 hal isə, İmeretidə qeydə alındı.

Geridə qalan hallar başqa bölgələrə aiddir.

“Bölgələrə müvafiq olaraq koronavirusun yeni halları qarşıdakı kimi bölünür: təəssüflər ki, bu mərhələdə ən çox yoluxma halı yenə də Acaradadır, 207 hal aşkar edilib. Tbilisidə halların kəskin şəkildə artması yoxdur və çox yaxşıdır, burada virusa 168 insan yoluxub, İmeretidə 117 haldır, Şida Kartlidə 25, Kvemo Kartlidə yeddi, Sameqrelo-Zemo Svanetidə 24, Quriyada səkkiz, Kaxeti və Msxeta-Mtianetidə beş-beş hal aşkar edildi, Samsxe-Cavaxetdə isə, üç hal qeydə alındı”, – Endeladze bəyan etdi.