Koronavirusun yeni hallarından 16 halı İmeretidə aşkar edildi
Koronavirusun yeni hallarından 16 halı İmeretidə aşkar edildi

Koronavirusun yeni hallarından 16 halı İmeretidə aşkar edildi. Son bir gün ərzində, Kutaisi laboratoriyasında 1 100-dən artıq test edildi və buradan 16 şəxsdə koronavirus təsdiq olundu.

Virusa yoluxanların əksəriyyəti Kutaisi 32 saylı məktəbin pedaqoqlarının klasterindəndir, birin yoluxma mənbəsi hələlik məlum deyil.

İmereti bölgəsində son 72 saat ərzində koronavirus 65 insanda təsdiq olundu.

13 sentyabr göstəriciləri ilə, Gürcüstanda koronavirusun 152 yeni halı aşkar edildi.