Koronavirusun yeni hallarından 156 halı Zuqdididə qeydə alındı
Koronavirusun yeni hallarından 156 halı Zuqdididə qeydə alındı

Zuqdidi İctimai Sağlamlıq Mərkəzinin rəhbəri, Nana Odişariyanın məlumatına görə, bölgədə aşkar edilən koronavirusun 202 halından 156 halı Zuqdididə qeydə alındı.

Nana Odişariyanın Gürcüstanın Birinci Kanalına bəyan etdiyinə görə, yoluxanların ilkin mənbəsi əsasən ailə üzvləri, qohumları və işləridir. Halbuki, elə onun dediyinə görə, yoluxma mənbəsinin məlum olmadığı hallar da var. Bu hallar üzrə dərin epidemioloji araşdırma aparılır.

Bununla yanaşı, bu gün aşkar edilən 2 970 haldan paytaxt və bölgələrə əsasən göstəricisi bu cürdür: Tbilisidə 1 130, Acarada 653, İmeretidə 463, Kvemo Kartlidə 90, Şida Kartlidə 105, Sameqrelo-Zemo Svanetidə 202, Kaxetidə 94, Mtsxeta-Mtianetidə 93, Samtsxe-Cavaxetidə 49, Raça-Leçxumi və Kvemo Svanetidə 24.

Gürcüstanda koronavirusun 2 970 yeni halı qeydə alındı, 2 348 pasiyent sağaldı, 22 pasiyent vəfat etdi.

Gürcüstanda bu vaxt üçün koronavirusun 63 650 halı təsdiq olunub. Buradan 47 390 vətəndaş sağalıb, 521 pasiyent isə, vəfat edib.