Koronavirusun üç yeni halından ikisi xaricdən daxil ediləndir, birinin yoluxmasının mənbəsi hələlik naməlumdur
Tbilisi İnfeksiya Xəstəxanasının tibbi direktoru, Marina Ezuqbaiyanın məlumatına görə, koronavirusun üç yeni halından ikisi xaricdən daxil ediləndir, o cümlədən biri yük avtomobilinin sürücüsüdür. Birinin yoluxmasının mənbəsi hələlik naməlumdur və epidemilogiya tədqiqatları aparılır.
Elə onun dediyinə görə, İnfeksiya Xəstəxanasına koronavirusa yoluxan yeni pasiyent daxil edilməyib.
Bununla yanaşı, Ezuqbaiya bəyan edir ki, İnfeksiya Xəstəxanasında olan virusa yoluxan 37 pasiyentin vəziyyəti sabitdir.