Koronavirusun təhlükəsinə baxmayaraq, İndoneziyada yarasa əti yenə də populyardır. “Reuters”-in məlumatına görə, yarasa əti buna qədər satıldığı miqdarda satılır. İndoneziyanın şimal bölgələrində yarasa ətini “paniki” yeməyində istifadə edirlər.
“Koronavirus satışlara təsir etməyib”, – “Reuters” ilə söhbəti zamanı İndoneziyada, yeməkxanalardan birinin nümayəndəsi, Stenli Timbulent bəyan etdi. Onun dediyinə görə, gün ərzində 50-60 yarasanı satır. Bayram günlərində isə, 600-ə qədər yarasa satılır.
Alimlərin bir hissəsinin fikrincə, yeni koronavirus insanlara yarasalardan yayıldı.