Koronavirusun rekord göstəricisinə görə, Angela Merkel əhalini evdə qalmalarına çağırır

14:30, 19.10.2020

Almaniya kansleri, Angela Merkel əhalini evdə qalmalarına çağırır. Müvafiq bəyanatı kansler ölkədə koronavirusun rekord olaraq yüksək göstəricisinin qeydə alınmasından sonra verdi.

Son 24 saat ərzində koronavirusun 4 325 halı aşkar edildi.

Almaniyada son bir gün ərzində virusdan 12 insan vəfat etdi. Pandemiyanın başlamasından bu günə qədər ölkədə virusa yoluxmanın 366 299 təsdiq olunmuş halı qeydə alınıb, 9 789 insan vəfat edib.

Oxşar