Koronavirusun prevensiyası məqsədi ilə, Gürcüstanın Müdafiyə Qüvvələri bu gündən etibarən kazarma vəziyyətinə keçirlər
Koronavirusun prevensiyası məqsədi ilə, Gürcüstanın Müdafiyə Qüvvələri bu gündən etibarən kazarma vəziyyətinə keçirlər

Koronavirusun prevensiyası məqsədi ilə, Gürcüstanın Müdafiyə Qüvvələri martın 21-dən kazarma vəziyyətinə keçirlər, – bu barədə məlumatı Gürcüstanın Müdafiyə Naziri İrakli Ğaribaşvili yayır.

Nazirin dediyinə görə, kazarma vəziyyəti zamanı əsgərin hərbi bazadan çıxmasına məhdudiyyətlər qoyulur.

Ğaribaşvili bəyan edir ki, bu prevensiya tədbirləri bazada virusun yayılamsı ehtimalını xeyli azaldacaq.

“Müdafiyə naziri olaraq, mənim əsas prioritetim əsgərlərimizin və onların ailələrinin sağlamlığını qorumaqdır. Ona görə də, qərar verdik ki, martın 21-dən koronavirusun yayılmasının prevensiyası üçün, Gürcüstanın Silahlı Qüvvələrini kazarma vəziyyətinə keçirək” – dedi İrakli Ğaribaşvili.