Koronavirusun aşkarlanması nisbəti son yeddi gündə 24,96 faiz, bu günün isə 28,41 faiz təşkil edir
Koronavirusun aşkarlanması nisbəti son yeddi gündə 24,96 faiz, bu günün isə 28,41 faiz təşkil edir

Son 7 gündə koronavirus aşkarlanma nisbəti 24,96 faizdir. Məlumatlar hökumətin stopcov.ge xüsusi saytında dərc edilib.

Hazırda müsbət göstərici 28,41 faiz, son 14 gündə isə 21,96 faiz təşkil edir.

Son 24 saat ərzində Kovid-19-a 24 201 nəfər yoluxdu, 10 732 xəstə sağalıb, 36 nəfər vəfat edib.

Dünən, yanvarın 31-də Gürcüstanda 13 150 koronavirusa yoluxma faktı aşkarlanıb, 8 503 xəstə sağalıb, 35 nəfər vəfat edib.