Koronavirusun aşkar edilməsinin son yeddi günün müsbətlik göstəricisi 9.09 faizdir
Koronavirusun aşkar edilməsinin son yeddi günün müsbətlik göstəricisi 9.09 faizdir

Koronavirusun aşkar edilməsinin bu günki müsbətlik göstəricisi 8.51 faiz, son yeddi günün 9.09 faiz, son 14 günün isə, 8.94 faizdir. Bu barədə hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə qeyd olunub.

Gürcüstanda son 24 saat ərzində koronavirusun 4 467 yeni halı qeydə alındı, 1 790  pasiyent sağaldı. Son bir gün ərzində kronavirusdan 42 pasiyent vəfat etdi.

Bununla yanaşı, 22 oktyabr durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 4 155 halı qeydə alındı, 2 507 pasiyent müalicə olunaraq sağaldı, 40 pasiyent vəfat etdi.