Koronavirusun aşkar edilməsinin son yeddi günün müsbətlik göstəricisi 7.53 faizdir
Koronavirusun aşkar edilməsinin bu günki müsbətlik göstəricisi 6.11 faiz, son yeddi günün 7.53 faiz, son 14 günün isə, 7.93 faizdir. Bu barədə hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə qeyd olunub.
Gürcüstanda son 24 saat ərzində koronavirusun 3 542 yeni halı qeydə alındı, 2 234 pasiyent sağaldı. Son bir gün ərzində kronavirusdan 64 pasiyent vəfat etdi.
Bununla yanaşı, 10 dekabr durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 3 454 halı qeydə alındı, 3 334 pasiyent müalicə olunaraq sağaldı, 49 pasiyent vəfat etdi.