Koronavirusun aşkar edilməsinin son yeddi günün müsbətlik göstəricisi 6.48 faizdir
Koronavirusun aşkar edilməsinin son yeddi günün müsbətlik göstəricisi 6.48 faizdir

Koronavirusun aşkar edilməsinin bu günki müsbətlik göstəricisi 6.49 faiz, son yeddi günün 6.48 faiz, son 14 günün isə, 6.96 faizdir. Bu barədə hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə qeyd olunub.

Gürcüstanda son 24 saat ərzində koronavirusun 2 195 yeni halı qeydə alındı, 4 319 pasiyent sağaldı. Son bir gün ərzində kronavirusdan 53 pasiyent vəfat etdi.

Bununla yanaşı, 18 dekabr durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 2 784 halı qeydə alındı, 2 070 pasiyent müalicə olunaraq sağaldı, 53 pasiyent vəfat etdi.