Koronavirusun aşkar edilməsinin son yeddi günün müsbətlik göstəricisi 33.04 faizdir
Koronavirusun aşkar edilməsinin son yeddi günün müsbətlik göstəricisi 33.04 faizdir

Koronavirusun aşkar edilməsinin bu günki müsbətlik göstəricisi 31.11 faiz, son yeddi günün 33.04 faiz, son 14 günün isə, 30.24 faizdir. Bu barədə hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə qeyd olunub.

Gürcüstanda son 24 saat ərzində koronavirusun 19 968 yeni halı qeydə alındı, 23 675 pasiyent sağaldı. Son bir gün ərzində kronavirusdan 55 pasiyent vəfat etdi.

Bununla yanaşı, 10 fevral durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 22 444 halı qeydə alındı, 13 245 pasiyent müalicə olunaraq sağaldı, 53 pasiyent vəfat etdi.