Koronavirusun aşkar edilməsinin son yeddi günün müsbətlik göstəricisi 27.73 faizdir
Koronavirusun aşkar edilməsinin bu günki müsbətlik göstəricisi 25.26 faiz, son yeddi günün 27.73 faiz, son 14 günün isə, 29.89 faizdir. Bu barədə hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə qeyd olunub.
Gürcüstanda son 24 saat ərzində koronavirusun 10 230 yeni halı qeydə alındı, 7 223 pasiyent sağaldı. Son bir gün ərzində kronavirusdan 48 pasiyent vəfat etdi.
Bununla yanaşı, 22 fevral durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 12 101 halı qeydə alındı, 14 764 pasiyent müalicə olunaraq sağaldı, 45 pasiyent vəfat etdi.