Koronavirusun aşkar edilməsinin son yeddi günün müsbətlik göstəricisi 26.3 faizdir
Koronavirusun aşkar edilməsinin bu günki müsbətlik göstəricisi 31.09 faiz, son yeddi günün 26.3 faiz, son 14 günün isə, 23.4 faizdir. Bu barədə hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə qeyd olunub.
Gürcüstanda son 24 saat ərzində koronavirusun 26 320 yeni halı qeydə alındı, 9 555 pasiyent sağaldı. Son bir gün ərzində kronavirusdan 44 pasiyent vəfat etdi.