Koronavirusun aşkar edilməsinin son yeddi günün müsbətlik göstəricisi 20.58 faizdir
Koronavirusun aşkar edilməsinin son yeddi günün müsbətlik göstəricisi 20.58 faizdir

Koronavirusun aşkar edilməsinin bu günki müsbətlik göstəricisi 23.87 faiz, son yeddi günün 20.58 faiz, son 14 günün isə, 16.51 faizdir. Bu barədə hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə qeyd olunub.

Gürcüstanda son 24 saat ərzində koronavirusun 17 484 yeni halı qeydə alındı, 3 699 pasiyent sağaldı. Son bir gün ərzində kronavirusdan 27 pasiyent vəfat etdi.

Bununla yanaşı, 26 yanvar durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 15 530 halı qeydə alındı, 5 087 pasiyent müalicə olunaraq sağaldı, 39 pasiyent vəfat etdi.