Koronavirusun aşkar edilməsinin son yeddi günün müsbətlik göstəricisi 2.66 faizdir
Koronavirusun aşkar edilməsinin bu günki müsbətlik göstəricisi 2.78 faiz, son yeddi günün 2.66 faiz, son 14 günün isə, 2.46 faizdir. Bu barədə hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə qeyd olunub.
Gürcüstanda son 24 saat ərzində koronavirusun 521 yeni halı qeydə alındı, 911 pasiyent sağaldı. Son bir gün ərzində kronavirusdan 12 pasiyent vəfat etdi.