Koronavirusun aşkar edilməsinin son yeddi günün müsbətlik göstəricisi 19.58 faizdir
Koronavirusun aşkar edilməsinin bu günki müsbətlik göstəricisi 22.42 faiz, son yeddi günün 19.58 faiz, son 14 günün isə, 15.32 faizdir. Bu barədə hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə qeyd olunub.
Gürcüstanda son 24 saat ərzində koronavirusun 17 530 yeni halı qeydə alındı, 5 087 pasiyent sağaldı. Son bir gün ərzində kronavirusdan 39 pasiyent vəfat etdi.
Bununla yanaşı, 25 yanvar durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 15 762 halı qeydə alındı, 5 160 pasiyent müalicə olunaraq sağaldı, 42 pasiyent vəfat etdi.