Koronavirusun aşkar edilməsinin son yeddi günün müsbətlik göstəricisi 15.66 faizdir
Koronavirusun aşkar edilməsinin bu günki müsbətlik göstəricisi 20.28 faiz, son yeddi günün 15.66 faiz, son 14 günün isə, 12.56 faizdir. Bu barədə hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə qeyd olunub.
Gürcüstanda son 24 saat ərzində koronavirusun 9 696 yeni halı qeydə alındı, 5 408 pasiyent sağaldı. Son bir gün ərzində kronavirusdan 28 pasiyent vəfat etdi.
Bununla yanaşı, 21 yanvar durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 11 039 halı qeydə alındı, 5 199 pasiyent müalicə olunaraq sağaldı, 42 pasiyent vəfat etdi.