Koronavirusun aşkar edilməsinin son yeddi günün müsbətlik göstəricisi 14.32 faizdir
Koronavirusun aşkar edilməsinin son yeddi günün müsbətlik göstəricisi 14.32 faizdir

Koronavirusun aşkar edilməsinin bu günki müsbətlik göstəricisi 17.28 faiz, son yeddi günün 14.32 faiz, son 14 günün isə, 9.43 faizdir. Bu barədə hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə qeyd olunub.

Gürcüstanda son 24 saat ərzində koronavirusun 11 039 yeni halı qeydə alındı, 5 199 pasiyent sağaldı. Son bir gün ərzində kronavirusdan 42 pasiyent vəfat etdi.

Bununla yanaşı, 21 yanvar durumu ilə, Gürcüstanda koronavirusa yoluxmanın 8 767 halı qeydə alındı, 5 173 pasiyent müalicə olunaraq sağaldı, 49 pasiyent vəfat etdi.