Koronavirusun aşkar edilməsinin son yeddi günün müsbətlik göstəricisi 11.01 faizdir
Koronavirusun aşkar edilməsinin bu günki müsbətlik göstəricisi 9.95 faiz, son yeddi günün 11.01 faiz, son 14 günün isə, 10.78 faizdir. Bu barədə hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə qeyd olunub.
Gürcüstanda son 24 saat ərzində koronavirusun 4 921 yeni halı qeydə alındı, 4 471 pasiyent sağaldı. Son bir gün ərzində kronavirusdan 58 pasiyent vəfat etdi.